Sizin reklam burada
Sizin reklam burada

Deputatlığa namizəd Elsevər Mehdiyev mediada seçkilərlə əlaqədar keçirilən sorğulara etiraz etdi....digər namizədlərə hörmətsizlikdir.

Deputatlığa namizəd Elsevər Mehdiyev mediada seçkilərlə əlaqədar keçirilən sorğulara etiraz etdi....digər namizədlərə hörmətsizlikdir.


2020-ci il 9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə vətəndaşlarımızın seçkilərə
yaxından maraq göstərməsi təqdirəlayiq bir haldır.Bu seçkilər xalqımızın yaxın 5 ildə həyatında
daha dinamik inkişafına səbəb olacaqdır.Lakin, çox təəssüflər olsunki deputatlığa namizəd olan
şəxslərin mediada reytinq qazanmaq üçün düzgün olmayan təbliğatı kimi xoşagəlməz hallarlada
rastlaşırıq. Saytlar və qeyri-hökümət təşkilatlarının bir dairədən iki namizədin güclü rəqib kimi
göstərilməsi dairədə namizədliyi qeydə alınmış digər namizədlərə hörmətsizlikdir. İkinci tərəfdən
isə interaktiv sorğuların keçirilməsi seçicilərdə çaşqınlığa, ruh düşkünlüyünə səbəb olaraq,
seçkilərdə əhalinin iştirak etməməsinə səbəb ola bilər. Mən dairəmdən namizəd olmuş bütün
rəqiblərimi güclü sanıram.
Saytımıza açıqlama verən deputatlığa namizəd Elsevər Mehdiyev bildirmişdi. Onuda əlavə
edimki, Elsevər Mehdiyevin mediada namizəd Məlahət İbrahimqızı ilə bigə sorğusu paylaşılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ