Sizin reklam burada
Sizin reklam burada

Körpələr Evində uşaqları bir-birinə bağlayan tibb işçiləri ilə bağlı - RƏSMİ XƏBƏR

Körpələr Evində uşaqları bir-birinə bağlayan tibb işçiləri ilə bağlı - RƏSMİ XƏBƏR

2019-cu ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayılmış və son günlər sosial şəbəkədə yenidən müzakirə olunan video və şəkillər ilə bağlı xüsusi komissiya yaradılıb.

BAKU.WS Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyi məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada deyilir:

"Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub.

Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ