Sizin reklam burada
Sizin reklam burada

Hüquq müdafiəçiləri Əfv Komissiyasına kimlərin adını təqdim edəcəklər? - Siyahıda 19 nəfərin adı var

Hüquq müdafiəçiləri Əfv Komissiyasına kimlərin adını təqdim edəcəklər? - Siyahıda 19 nəfərin adı var
“Əfv Məsələləri Komissiyası, eləcə də İşçi Qrupuna daxil olan qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri də öz növbəsində işlərini davam etdirirlər. Bizə daxil olan məlumatlar əsasında məhkumların ailə üzvlərilə görüşürük. Bunun əsasında biz də müraciət hazırlayırıq. Həmin müraciətlər Komissiyaya təqdim edilib, amma vaxt yaxınlaşdıqca, siyahı yenilənəcək. Biz son siyahını komissiyaya təqdim edəcəyik”.

Bunu Modern.az-a açıqlamasında İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda onlar tərəfindən qeydə alınan müraciətlərin sayı 19-a qədərdir:

“Amma bu, son və dəqiq siyahı deyil. Hazırda siyahıda təxminən 19 nəfər var. Ötənilki əfv sərəncamı ilə siyahımızda olanların əksəriyyəti azadlığa çıxdı. Ümid edirik ki, növbəti sərəncamla da azadlıq haqqı olanlar əfvə düşəcəklər. Onu da qeyd edim ki, məhkəmələri davam etdiyindən bu siyahıya Nardaran, Gəncə məhbusları daxil edilməyib. Biz onların işini ayrı aparırıq”.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında ölkə başçısının konstitusion səlahiyyətlərindən istifadə edərək, Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalayacağının gözlənildiyini bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ