Araşdırmalar nəticəsində zümrüd daşının bir çox xəstəliklər üçün xeyirli olduğu təsdiqlənib.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov Azərtac-a bildirib:
“Zümrüd sinir sisteminə, baş beyində olan qan dövranı pozğunluqları zamanı çox müsbət təsir edir. Beyin qan dövranı pozulması nəticəsində qulaqda küy varsa, müalicə ilə yanaşı uzun müddət zümrüd qaşlı sırğa taxmaq həmin prosesin azalmasına səbəb olur”.
Zümrüd daşı ürək, böyrək, ağciyər xəstəlikləri və əsəb sistemi üçün müalicəvi təsirə malikdir. Zümrüdə uzun müddət baxmaq göz işığını bərpa edir. Hələ qədim zamanlardan zümrüd ilan zəhərinə qarşı ən yaxşı müalicəvi vasitə sayılıb. Bunun üçün zümrüdün kristal dənələrini döyüb toz halına salır və həmin tozu ilan sancdığı yerə səpir və ya suya qarışdırıb ilan vuran xəstəyə içirirdilər. Ərəbistanda isə zümrüd tozunu dəvə südünə qatıb zəhərlənməyə qarşı istifadə edirdilər.