arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı


Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.

Oxu.Az xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

  • Sosial şəbəkədə paylaş