Keçmiş braziliyalı futbolçu Ronaldinyo "Barselona”nın superulduzu Lionel Messi haqqında danışıb. Lent.az -ın məlumatına görə, o, sabiq komanda yoldaşı barədə müsbət fikir səsləndirib.
"Biz həmişə dost olmuşuq. Bir yerdə oynayanda Messi mənə ispan dilini öyrədirdi, mən isə ona portuqal dilini. Meydanda da bir-birimizi çox gözəl başa düşürdük. O, sakit və rahatdır. Messidə sevdiyim əsas xüsusiyyət budur. Heç vaxt xoşagəlməz olaylarda adı hallanmır, hər zaman ailəsinin yanındadır”, - Ronaldinyo bildirib.
"Messi sizdən nə götürüb” sualına "sambaçı” belə cavab verib: "Leoda hər şey var. Buna görə də məndən nəsə götürməsinə ehtiyac yox idi. İlk qolunun ötürməsini vermək xoşbəxtliyi mənə nəsib olub. Peşəkar karyerasına sənin yanında başlayan birinin bütün dünyan fəth etməsini görmək əladır”.