arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Seçkilə bağlı Rusiyadan böyük nümayəndə heyəti gələcək - RƏSMİ

Seçkilə bağlı Rusiyadan böyük nümayəndə heyəti gələcək - RƏSMİ

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Rusiyadan olan böyük nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə APA -nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinə Rusiya Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları daxildir: "Bundan başqa, Rusiya daxil olduğu bir sıra beynəlxalq strukturların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının və digər təşkilatların tərkibində də seçkiləri müşahidə edəcək. Mən dəfələrlə Azərbaycanda həm prezident, həm də Milli Məclisə keçirilən seçkiləri müşahidə etmişəm. Əminəm ki, bu seçkilər də ədalətli keçiriləcək”.

İki ölkə arasında münasibətlərdən danışan rusiyalı parlamentari Rusiya-Azərbaycan əlaqələrinin nümunəvi olduğunu da qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ