Sizin reklam burada
Sizin reklam burada

ADPU-nun Quba filialında 2019/2020-ci ilin payız semestrinin imtahan sessiyası başlayıb.

ADPU-nun Quba filialında 2019/2020-ci ilin payız semestrinin imtahan sessiyası başlayıb.


2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək üçün tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları “ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 may 2019-cu il “İmtahan sessiyasının təşkili və keçirilməsi” barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 dekabr 2019-cu il tarixli F-265 saylı əmrlərindən irəli gələn tələblərə uyğun olaraq keçirilir.Bu tələblərə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında imtahan sessiyasının başlanması ilə əlaqədar “2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə” 6 dekabr 2019-cu il tarixində daxili əmr verilib
Filialda ilk dəfə olaraq bütün imtahanlar mərkəzləşdirilmiş qaydada həyata keçirilib. İmtahan prosesinə başlamazdan əvvəl direktor dosent Yusif Alıyev imtahan rəhbərləri, zal nəzarətçiləri və tələbələrlə görüşüb təlimata uyğun məlumatlandırma söhbətləri aparıb. Onlara imtahanda təlimatın tələblərinə uyğun olaraq hərəkət etmələri tapşırılıb. İmtahanlardan dərhal sonra imtahan vərəqləri yığılaraq ciddi nəzarət altında kodlaşdırılmaya təqdim edilib. Məxfi qaydada kodlaşdırılan imtahan sualları çarpaz yoxlama vasitəsilə fənn müəllimlərinə təqdim edilib..
Ümumilikdə imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi filial rəhbərliyinin diqqət mərkəzindədir.Dosent Yusif Alıyev hər gün imtahan prosesindən əvvəl imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşür, onlara öz tapşırıq və tövsiyələrini verir,daha sonra imtahan prosesini müşahidə edir, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün tələbələrə imtahan təlimatlarına uyğun olaraq tövsiyələrini verir.

Cavidan Orucov

ADPU-nun Quba filialında 2019/2020-ci ilin payız semestrinin imtahan sessiyası başlayıb.
ADPU-nun Quba filialında 2019/2020-ci ilin payız semestrinin imtahan sessiyası başlayıb.
ADPU-nun Quba filialında 2019/2020-ci ilin payız semestrinin imtahan sessiyası başlayıb.
ADPU-nun Quba filialında 2019/2020-ci ilin payız semestrinin imtahan sessiyası başlayıb.
ADPU-nun Quba filialında 2019/2020-ci ilin payız semestrinin imtahan sessiyası başlayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ