Azərbaycanın qadınlardan ibarət şahmat millisinin üzvlərinə “Qarabağ”ın forması hədiyyə olunub.
Qol.az-ın xəbərinə görə, millinin üzvləri –Türkan Məmmədyarova, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və kapitan Zeynəb Məmmədyarova Ağdam klubunun forması ilə şəkil çəkdiriblər.
Qeyd edək ki, bir müddət əvvəl İdman Araşdırmalar Mərkəzinin tədbirində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şahmatçı qızlara komandasının formasını hədiyyə edəcəyini deyib.