Sizin reklam burada
Sizin reklam burada

BMT borcu olan ölkələrin səsvermə hüququnu əlindən aldı

BMT borcu olan ölkələrin səsvermə hüququnu əlindən aldı


Birləşmiş Millətlər Təşkilatına üzv olan yeddi ölkə - Livan, Venesuela, Mərkəzi Afrika Respublikası, Qambiya, Lesoto, Tonqa və Yəmən təşkilata eləmək məcburiyyətində olduqları maddi yardımı vaxtında ödəmədikləri üçün müvəqətti olaraq müzakirələrdə səsvermə hüququndan məhrum ediliblər.

“Haber Global” xəbər verir ki, BMT nizamnaməsinin 19-cu maddəsinə görə, hər hansı bir ölkənin təşkilata olan borcu son iki ildəki ödəməsinin cəmindən çox olarsa, o, səsvermə hüququnu itirir.

Hazırda 193 üzvü olan təşkilatın 146 ölkəsi ötən il borcunu tam ödəsə də, 47 ölkə borcunu ödəyə bilmədi.

Maraqlıdır ki, BMT-yə ən çox maddi dəstək göstərən ABŞ-ın təşkilata hələ də 491 milyon dollar borcu var. Bununla belə BMT-nin 5.4 milyarddollarlıq ümumi büdcəsinin 22%-ni qarşılaşayan Birləşmiş Ştatlar ötən il təşkilata 563 milyon dollar ödəyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ