arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Ramil Şeydayev “Dinamo”dan göndərildi

Ramil Şeydayev “Dinamo”dan göndərildi

Moskva “Dinamo”su millimizin futbolçusu Ramil Şeydayevlə yollarınıayırıb.



Oxu.Azxəbər verir ki, bu barədəklubun rəsmi saytı məlumat yayıb. Tərəflər bu ilin yayına qədər olan müqaviləni ləğv edib. Klub Şeydayevə təşəkkürünü bildirib.

Xatırladaq ki, 23 yaşlı futbolçumuz ötən ilin yayında digər Premyer Liqa təmsilçisi “Krılya Sovetov”dan “Dinamo”ya keçmişdi. O, paytaxt təmsilçisində doqquz oyun keçirib (səkkiz Premyer Liqa, bir kubok) və qol vura bilməyib. Buna görə tez-tez Rusiya mediasının tənqidi ilə üzləşən futbolçumuzun bu qış göndəriləcəyi barədəfikirlər səslənirdi.

Rusiya mətbuatı isə Ramil Şeydayevin müqaviləsinin vaxtından erkən ləğv edilməsindən narazı qaldığını və şikayət edəcəyini yazıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ