Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi Badamdar qəsəbəsində baş verən sürüşmə ilə bağlı yenidən sürücülərə müraciət edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, sürüşmə zonasında nəqliyyatın gedişi məhdudlaşdırılıb:
“Badamdarda qəsəbədaxili yolla Dağüstü yol kimi tanınan ərazidən keçməklə 20-ci sahə istiqamətində gedən yolda sürüşmə baş verdiyi üçün xeyli müddətdir ki, avtomobillərin gedişi məhdudlaşdırılıb.
Sürüşmə ilə əlaqədar olaraq sürücülərin alternativ yol kimi Azneft dairəsi ərazisindən keçməsi müəyyən edilib. Ərazidə yeni sürüşmə baş verib və yol tamamilə bağlanıb.
“DYP təkrarən bildirir ki, sürücülər alternativ yol olaraq Azneft dairəsi, Parlament prospekti və ya kənar dairəvi yoldan istifadəyə üstünlük versinlər”, - deyə V.Əsədov qeyd edir.