Əməkdar artist Elza Seyidcahanın növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınıb.
Bu barədə Axşam.az-a müğənni özü məlumat verib.
E.Seyidcahan bildirib ki, namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.