Sizin reklam burada
Sizin reklam burada

Prokurorluqdan 10 yaşlı Nərminin öldürülərək yandırılması ilə bağlı məlumat - Nazirliklər Tovuza ezam olundu

Prokurorluqdan 10 yaşlı Nərminin öldürülərək yandırılması ilə bağlı məlumat - Nazirliklər Tovuza ezam olundu

Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanılıb.

Oxu.Az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” profilində məlumat yayıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ