Azərbaycan milli komandasının qapıçısı Emil Balayev böyük ehtimalla “Tobol”u tərk edəcək.
Qol.az xəbər verir ki, bu haqda Qazaxıstanın sports.kz saytında dərc olunmuş yazıda bildirilib.
Qeyd edilib ki, mövsüm başa çatandan sonra Kostanay təmsilçisinin heyəti zəifləyir. “Komandaya cəlb edilən futbolçular hətta Qazaxıstan standartları səviyyəsində ortadır. Yeni qapıçı İqor Şatskiy, sözsüz ki, istedadlıdır. Amma Emil Balayevdən çox zəifdir”.
Yazıda iddia edilib ki, agentləri ötən mövsüm Qazaxıstanda uğurlu oyun keçirən Emil üçün maddi planda daha yaxşı olacaq klub axtarışındadırlar. Bu zaman onlar agentləri tənqid ediblər. Bildiriblər ki, yaxşı olardı ki, həmin şəxslərlə kimsə işləməsin: “Çünki onlar şəxsi maraqları naminə qazaxıstanlı məşqçi Qriqori Babayanın adını hallandırırlar”.
Qeyd edək ki, yazıda Babayanın erməni əsilli olması məsələsinə ümumiyyətlə, toxunulmayıb və Emil “Tobol”u tərk edirsə, bu amilin az rol oynamayacağı qeyd edilməyib.
Yazıda bildirilir ki, bu gedişatla Emil Balayev Fernander Kassayu, Viktor Dmitrenko və Bauırjan Turısbeku kimi yaxın vaxtlarda klubu tərk edəcək.