Sizin reklam burada
Sizin reklam burada

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 28-də gecə və səhər şimal-qərb küləyinin, martın 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında martın 27-si gündüzdən 28-i səhərədək və martın 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ