Sizin reklam burada
Sizin reklam burada

Sabah 37 dərəcə isti olacaq, şərq küləyi güclənəcək - HAVA PROQNOZU

Sabah 37 dərəcə isti olacaq, şərq küləyi güclənəcək - HAVA PROQNOZU
Azərbaycan ərazisində avqustun 27-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23 dərəcə isti, gündüz 32-36 dərəcə isti olacaq. Bakıda gecə 20-22 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 35-45% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ