Sizin reklam burada
Sizin reklam burada

Sabah 40 dərəcəyədək isti olacaq

Sabah 40 dərəcəyədək isti olacaq


Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açılanıb.

Ekologiya və Təbbi Sərvət Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-25 dərəcə, gündüz 30-35 dərəcə, Bakıda gecə 23-25 dərəcə, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ