Sizin reklam burada
Sizin reklam burada

Ağsu rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorlarının hesabat dinləmələri keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasovun iştirakı ilə Ağsu rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorlarının 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş hesabat dinləmələri keçirilib.
Görüşdə seçmə əsasında müəyyən edilmiş ümumi təhsil müəssisələrinin direktorları rəhbərlik etdikləri məktəblərdə tədris ili ərzində həyata keçirilən fəaliyyət, əldə olunan nəticələr, qarşıya qoyulmuş hədəflərin icra vəziyyəti, mövcud çətinliklər və perspektiv fəaliyyət istiqamətləri barədə hesabatla çıxış ediblər.
Dinləmələr çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov IX sinif buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimatla çıxış edib. Təqdimatda rayon üzrə əldə olunmuş nəticələr statistik göstəricilər əsasında təhlil edilib, məktəblərin fəaliyyətinə təsir edən amillər qiymətləndirilib, mövcud çatışmazlıqların aradan qaldırılması və təhsil göstəricilərinin yüksəldilməsi istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Hesabat dinləmələri zamanı məktəblərin fəaliyyətinin səmərəliliyinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, idarəetmədə nəticəyönümlü yanaşmanın gücləndirilməsi və növbəti tədris ili üçün prioritet istiqamətlər geniş müzakirə olunub

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ