Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda bu qabların istifadəsi qadağan edilə bilər

Azərbaycanda bu qabların istifadəsi qadağan edilə bilər

Birdəfəlik plastik qabların digər növlərinin də istifadəsi qadağan edilə bilər.

Bir müddət əvvəl polietilen torbalardan, plastik paketlərdən istifadənin qadağan olunması ilə bağlı qərar qüvvəyə minmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimmov xəzər xəbərə açıqlamasında bildirib ki, bu qərar artıq müsbət nəticəsini göstərib. Belə ki, plastik torbaların istfadəsi 70 faizə qədər azalıb.

Onun sözlərinə görə, bu xüsusda atılan addımın müsbət nəticə verməsi onu göstərir ki, bu sahədə Avropa təcrübəsindən yararlanaraq digər birdəfəlik istifadə olunan plastiklərin də istifadəsinin məhdudlaşdırılması prosesi həyata keçirilə bilər.

O, qeyd edib ki, sözügedən məsələ ilə bağlı "Ətraf mühitin mühafizəsi haqqında" Qanuna dəyişiklik nəzərdə tutulur. Qarşıdakı il bununla bağlı müvafiq qərarların verilməsi gözlənilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ