Sizin reklam burada
Sizin reklam burada

"Metan emissiyalarının təxminən 20 %-i tullantı sektorunun payına düşür" - Muxtar Babayev

"Metan emissiyalarının təxminən 20 %-i tullantı sektorunun payına düşür" - Muxtar Babayev

"Metan emissiyalarının təxminən 20 %-i tullantı sektorunun payına düşür".

Bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusundakı tədbirdə çıxışı zamanı deyib: "Metan güclü istixana qazıdır və tullantı sektoru metanın ən sürətlə böyüyən mənbəyidir:

"Bu problem poliqonlarda, açıq hovuzlarda və çirkab sularda üzvi tullantılar parçalandıqda yaranır. UNEP-in Qlobal Metan Qiymətləndirilməsinə əsasən, istiləşmənin 1,5°C həddində məhdudlaşdırılması ssenarilərinə uyğun olmaq üçün dünya tullantı sektorundan metan emissiyalarını 2030-cu ilə qədər 30-35 %, 2050-ci ilə qədər isə təxminən 55 % azaltmalıdır. Bu azalmalar təkcə iqlim üçün deyil, həm də əhəmiyyətli sosial və iqtisadi faydalar təmin etmək üçün lazımdır. Bu gün biz üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsini qəbul edirik. Bu bəyannamə artan hədəfləri təşviq etmək və daha çox hökuməti Qlobal Metan Öhdəliyinə qoşulmağa ruhlandırmaq məqsədi daşıyır".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ