Sizin reklam burada
Sizin reklam burada

Jurnalistin azyaşlı qızının ölümü ilə bağlı araşdırma aparılır

Jurnalistin azyaşlı qızının ölümü ilə bağlı araşdırma aparılır

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sentyabrın 26-sı saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub: Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ