Sizin reklam burada
Sizin reklam burada

Xalq üçün yaşanan ömür

Xalq üçün yaşanan ömür


















Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mingəçevir şəhər Humanitar Texniki Liseyin direktoru Nailə Məmmədovadır.

Nailə xanım öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Nailə xanım bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Saysız hesabsız maddi vəziyyəti yaxşı olmayan ailəyə dəstək olmuşdur.

Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.

Nəzərinizə çatdırmaq istəyirik ki, bu gün Nailə xanımın doğum günüdür. Bu münasibətlə redaksiyamız adından Nailə xanımı təbrik edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik. Hər daim var olasınız Əziz Nailə xanım!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ