Sizin reklam burada
Sizin reklam burada

Təhsil sektorlarının əməkdaşlarına "İctimaiyyətlə əlaqələr işinin təşkili" ilə bağlı təlim keçirilib

- - - - -
Dekabrın 26-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə strukturuna daxil olan qurumlarda çalışan, ictimaiyyətlə əlaqələr sahəsinə məsul olan şəxslərə "İctimaiyyətlə əlaqələr işinin təşkili" ilə bağlı təlim keçirilib.
Keçirilən təlimin məqsədi təhsil sektorları tərəfindən yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması və vahid informasiya mübadiləsinin təmin olunması ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.
Təlim zamanı İnzibati təşkilat sektorunun əməkdaşı Rüstəm Aslanov müvafiq təqdimatlarla çıxış edib. Həmçinin ictimaiyyətlə əlaqə, KİV-lə və sosial şəbəkələrlə iş, təhsil müəssisələrinin sosial şəbəkə səhifələrinin fəaliyyətinin tənzimlənməsi, daxili informasiya mübadiləsi, böhran kommunikasiyası zamanı davranış qaydaları və digər məsələlər barədə iştirakçılara tövsiyələr verilib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

  • Sosial şəbəkədə paylaş