Sizin reklam burada
Sizin reklam burada

Gəncədə güclü külək: elektirik verilişi dayandırıldı

Gəncədə güclü külək: elektirik verilişi dayandırıldı

Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib.
Turantv.az “Report”a istinadla xəbər verir ki, külək səbəbindən qısaqapanma baş verib, elektrik xətləri sıradan çıxıb.
Nəticədə mikrorayon ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və problemin həlli istiqamətində işlər aparılır.
Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir. Külək səbəbindən bir neçə ağac aşıb.

  • Sosial şəbəkədə paylaş