Sizin reklam burada
Sizin reklam burada

Göyçayda narkotik vasitələrin fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonunun Kürdşaban kənd orta məktəbində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində şagirdlərlə növbəti görüş keçirilib.
RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev görüşün əhəmiyyətindən bəhs edib, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadlarından söz açıb. Narkomaniyanın müasir dövrümüzün ən ağrılı problemlərindən biri olduğunu diqqətə çatdıran polis polkovniki bu bəla ilə mübarizədə hər kəsin fəal mövqe nümayiş etdirməsinin zəruriliyini vurğulayıb. Şöbə rəisi ölkəmizdə “ağ ölüm”ə qarşı ciddi mübarizə aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini bildirib.
Sonda mövzu ilə əlaqəli məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ