Sizin reklam burada
Sizin reklam burada

Ağdaşda yarım tona yaxın narkotik tərkibli bitki məhv edilib

Ağdaşda yarım tona yaxın narkotik tərkibli bitki məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Pirəzə kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 400 kiloqramdan artıq olan 502 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ