Tədbirdə çıxış edən RPŞ-nin rəisi Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı dinləyicilərə geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər də diqqətə çatdırılıb. Şagirdlərə sağlam həyat yaşamağın vacibliyi, vaxtlarının əsas hissəsini təhsilə, elmə ayırmaları tövsiyə olunub.
Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
