Sizin reklam burada
Sizin reklam burada

Yevlaxda ulu öndər Heydər Əliyevin 100 illik yubiliyi ilə əlaqədar tədbir keçirilib

Yevlax Rayon Polis Şöbəsində ulu öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən şöbənin rəisi, polis polkovniki Elnur Mehdiyev dahi lider Heydər Əliyevin mənalı ömür yolundan, müstəqil dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən, daxili işlər orqanlarına qayğısından danışıb. Digər çıxışçılar da Ümummilli Liderin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən söhbət açıblar. Həmçinin tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli filmə baxıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ