Sizin reklam burada
Sizin reklam burada

Andına və xalqına sadiq qalmış Ulu Öndər

Andına və xalqına sadiq qalmış Ulu Öndər

Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli mədəniyyətimizin inkişafını hər zaman diqqət mərkəzində saxlamasından, mədəniyyətimizi yaradan, yaşadan insanların əməyinin yüksək qiymətləndirilməsindən söz açılıb. Heydər Əliyevin keçdiyi ömür yolunun, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərinin qədirbilən xalqımız tərəfindən hər zaman minnətdarlıqla xatırlandığı vurğulanıb.
Bu gün biz qürur duyuruq ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada Birləşmiş Millətlər Təşkilatının iqamətgahının qarşısında dalğalanır. Bu müstəqilliyini əbədi etdiyi Azərbaycana, Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətinin ən yüksək nümunəsidir. Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır. Ulu Öndərin milli dövlətçilik irsini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin uğurları nəticəsində ölkəmiz tarixinin ən qüdrətli mərhələsini yaşayır. Azərbaycan tarix boyu heç zaman indiki kimi güclü, qüdrətli olmayıb. Bu danılmaz bir reallıqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandırır.
Uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.


Asif Mikayılov,
Bakı Ixtisaslaşdırılmış Elektrik Avadanlıqlarının
Təmir-Quraşdırma və Sazlama Idarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ