Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi dövlətimizi məhv olmaqdan xilas etdi. Azərbaycanı çətin, təhlükəli durumdan çıxaran Ümummilli Liderimiz Heydər Əliyev siyasi mühitin olduqca əlverişsiz olmasına baxmayaraq, bizi bir xalq olaraq bir bayraq altında birləşdirdi və həmrəyliyimizi yaratdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Bayramlarımızı, milli adət-ənənələrimizi, dilimizi, atributlarımızı bizə qaytaran Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi uğurlu siyasəti ilə milli birliyimizi və həmrəyliyimizi də bizlərə bəxş etdi. Çünki, Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunmuş həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Son 2 ildə ildə isə Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığığımız Qələbə münasibəti ilə bu Həmrəylik Bayramı daha coşqu ilə qeyd edirlir. Heç kimə sirr deyil ki, bu müharibənin qazanılmasında qardaş Türkiyə dövləti də bizimlə həmrəy oldu. Sözün hər bir mənasında öz qardaşlığını bir daha göstərmiş oldu. Heç kimə sirr deyil ki, bu gün bütün Şəhid ailələri, Qazilərimiz Cənab Ptezidentimiz və Hörmətli Mehriban xanımın diqqət və qayğısı ilə əhatələnib. Elə bu qayğının özü də bizim həmrəyliyimizin bir göstəricisidir. Mən də başda Cənab Prrzifentimiz Hörmətli İlham Əliyev cənabları olmaqla bütün xalqımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2023-ci ilin gəlişi münasibəti ilə təbrik edirəm. Qoy 2023-ci il Dövlətimoz və Xalqımız üçün düşərli olsun. Cənab Prezidentimizə də bu yolda möhkəm can sağlığı və daha böyük uğurlar arzulayıram.
Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini
