Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram olaraq qeyd edilir.
SSRİ-nin süqutunun son dövründə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyuldu. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə baş tutdu.
Beləliklə, 1992-ci ilin 31 dekabrından Dünya Azərbaycanlılarının Həmrəylik günü bayram olaraq qeyd edilir.
Bu günlər bacı-qardaşların daha çox əl-ələ verdiyi günə çevrilməli, iqbalımız yüksəlməli, düşmənlərimiz gücümüzün, qüdrətimizin qarşısında məhv olmalıdır.
Son 2 ildə ildə isə Ali Baş Kpmandanımızın rəhbərliyi ilə qazandığığımız Qələbə münasibəti ilə bu Həmrəylik Bayramı daha coşqu ilə qeyd edirlir. Heç kimə sirr deyil ki, bu müharibənin qazanılmasında qardaş Türkiyə dövləti də bizimlə həmrəy oldu. Sözün hər bir mənasında öz qardaşlığını bir daha göstərmiş oldu. Heç kimə sirr deyil ki, bu gün bütün Şəhid ailələri, Qazilərimiz Cənab Ptezidentimiz və Hörmətli Mehriban xanımın diqqət və qayğısı ilə əhatələnib. Elə bu qayğının özü də bizim həmrəyliyimizin bir göstəricisidir. Mən də başda Cənab Prrzifentimiz Hörmətli İlham Əliyev cənabları olmaqla bütün xalqımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2023-ci ilin gəlişi münasibəti ilə təbrik edirəm. Qoy 2023-ci il Dövlətimoz və Xalqımız üçün düşərli olsun. Cənab Prezidentimizə də bu yolda möhkəm can sağlığı və daha böyük uğurlar arzulayıram.
Gündüz Əbdülov
Qarabağ Regional Təhsil İdarəsinin rəisi
