Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Son 2 ildə ildə isə Ali Baş Kpmandanımızın rəhbərliyi ilə qazandığığımız Qələbə münasibəti ilə bu Həmrəylik Bayramı daha coşqu ilə qeyd edirlir. Heç kimə sirr deyil ki, bu müharibənin qazanılmasında qardaş Türkiyə dövləti də bizimlə həmrəy oldu. Sözün hər bir mənasında öz qardaşlığını bir daha göstərmiş oldu. Heç kimə sirr deyil ki, bu gün bütün Şəhid ailələri, Qazilərimiz Cənab Ptezidentimiz və Hörmətli Mehriban xanımın diqqət və qayğısı ilə əhatələnib. Elə bu qayğının özü də bizim həmrəyliyimizin bir göstəricisidir. Mən də başda Cənab Prrzifentimiz Hörmətli İlham Əliyev cənabları olmaqla bütün xalqımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2023-ci ilin gəlişi münasibəti ilə təbrik edirəm. Qoy 2023-ci il Dövlətimoz və Xalqımız üçün düşərli olsun. Cənab Prezidentimizə də bu yolda möhkəm can sağlığı və daha böyük uğurlar arzulayıram.
Əkrəm Babayev
Şəki Regional Meşə Mərkəzinin direktoru
