Sizin reklam burada
Sizin reklam burada

Zəfərli Həmrəyliyimiz mübarək!

Zəfərli Həmrəyliyimiz mübarək!

31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Zəfərli Həmrəyliyimiz mübarək!

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Zəfərli Həmrəyliyimiz mübarək!

Son 2 ildə ildə isə Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığığımız Qələbə münasibəti ilə bu Həmrəylik Bayramı daha coşqu ilə qeyd edirlir. Heç kimə sirr deyil ki, bu müharibənin qazanılmasında qardaş Türkiyə dövləti də bizimlə həmrəy oldu.

Zəfərli Həmrəyliyimiz mübarək!











Sözün hər bir mənasında öz qardaşlığını bir daha göstərmiş oldu. Heç kimə sirr deyil ki, bu gün bütün Şəhid ailələri, Qazilərimiz
Cənab Prezidentimiz və Hörmətli Mehriban xanımın diqqət və qayğısı ilə əhatələnib. Elə bu qayğının özü də bizim həmrəyliyimizin bir göstəricisidir. Mən də bir İş adamı olaraq başda Cənab Prezidentimiz Hörmətli İlham Əliyev cənabları olmaqla bütün xalqımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2023-ci ilin gəlişi münasibəti ilə təbrik edirəm. Qoy 2023-ci il Dövlətimiz və Xalqımız üçün düşərli olsun. Cənab Prezidentimizə də bu yolda möhkəm can sağlığı və daha böyük uğurlar arzulayıram.



Zəfərli Həmrəyliyimiz mübarək!


Hatəm İbrahimov,
İş adamı, xeyriyyəçi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ