Sizin reklam burada
Sizin reklam burada

Qarabağda 993 təhsil ocağı məhv edilib

Qarabağda 993 təhsil ocağı məhv edilib


“Qarabağda 993 təhsil ocağı məhv edilib”.

Oxu.Az xəbər verir ki, bunu “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, qloballaşma dövründə pandemiya ilə üzləşən dünya bu məsələlərə daha çox diqqət yetirir:

“Bu konfrans Şuşada başlayıb. Torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Mədəni ocaqlarımız, muzeylər, musiqi məktəblərimiz dağıdılıb”.

F.Qurbanov qeyd edib ki, mədəni sərvətlərimizi biz gələcək nəsillərə ötürməliyik:

“Bizim torpaqlarımızın işğaldan sonra bərpa olunmasında mədəni abidələrimizə, sərvətlərimizə diqqət yetirilir. Bülbülün ev muzeyi, Vaqifin məqbərəsi, bir çox digər abidələrimiz bərpa olunub. Biz xoşbəxt xalqıq ki, irsimiz qorunub-saxlanılır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ