Sizin reklam burada
Sizin reklam burada

Erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib

Erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib
Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ