Sizin reklam burada
Sizin reklam burada

Şamil Qurbanov: “Stadionətrafı restoranlara nəzarət bizim səlahiyyətimizdə deyil”

Şamil Qurbanov: “Stadionətrafı restoranlara nəzarət bizim səlahiyyətimizdə deyil”
“Stadionun ətrafındakı restoranların fəaliyyəti, onlarda tüstüboğan cihazların olub-olmaması bizim səlahiyyətdən kənardı”.

Bunu “Report”a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Endre Botkanın “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu zamanı mərkəzi arenada tüstü olması barədə fikirlərinə münasibət bildirərkən deyib.

O, beynəlxalq tədbirlər vaxtı sərinləşdirici içki satışı ilə məşğul olan obyekt istisna olmaqla, stadionda heç bir kafe və restoranın, hər hansı iaşə obyektinin fəaliyyət göstərmədiyini söyləyib: “Ətraf obyektlərin isə stadiona heç bir aidiyyatı olmadığından, onların işinə hər hansı müdaxiləyə ixtiyarımız yoxdur. Onlara nəzarət bizim səlahiyyətimizdə deyil. Restoranlarda tüstüboğan cihazların fəaliyyətinin yoxlanılması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul ola bilər”.

Stadion direktoru oyun vaxtı heç bir iy və tüstünün hiss olunmadığını əlavə edib: “Ona görə də futbolçunun açıqlamaları əsassızdır. Oynaya bilmirlərsə, kabab iyinin boynuna yıxmasınlar. Həmin gün xeyli isti var idi. Belə hava, əlbəttə, boğucu olar”.

Qeyd edək ki, “Qarabağ” - “Ferentsvaroş” oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki “Groupama Arena”da olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ