Sizin reklam burada
Sizin reklam burada

İstanbuldan Bakıya uçmalı olan AZAL təyyarəsi niyə gecikir? - AÇIQLAMA

İstanbuldan Bakıya uçmalı olan AZAL təyyarəsi niyə gecikir? - AÇIQLAMA



“Azərbaycan Hava Yolları”nın (AZAL) İstanbul-Bakı marşrutu üzrə hərəkət edən təyyarəsində texniki nasazlığın baş verməsi barədə iddia səsləndirilib.

Elə məsələ ilə bağlı Oxu.Az-ın redaksiyasına da müraciət daxil olub.

Adını açıqlamaq istəməyən oxucularımızdan biri bildirib ki, bir neçə dəfə Bakı-İstanbul təyyarəsində səfər edib:

“Həmin müddətdə təyyarələrdə baş verən texniki nasazlıq nəticəsində uçuş gecikib”.

Qeyd edilib ki, AZAL tərəfindən biletin pulunun tam olaraq qaytarılması təmin edilsə də, yenidən uçuş üçün bilet tapmaq mümkün olmayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aviaşirkətin İstanbul-Bakı (J2-076) marşrutu üzrə həyata keçirilən reysinin uçuş saatı texniki səbəbdən (kondisioner sistemi ilə yaşanan problem) gecikir:

“Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ