Millət vəkili Novruz Aslanovun kəndlərdə səyyar qəbulları davam edir. Belə qəbullar əksər hallarda rayon İcra Hakimiyyətinin başçısı ilə birgə təşkil olunur. Növbəti belə qəbul İsmayıllı rayonunun Bizlan kəndində keçirilib.
Iyunun 9-da keçirilən səyyar qəbulda sakinləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, bir çox məsələlərə dair yerli struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulda RİH-nin məsul əməkdaşları, yerli idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər. Millət vəkili regionlarda həyata keçirilən abadlıq-quruculuq işlərindən söhbət aşıb. Belə qəbulların digər kəndlərdə də davam edəcəyi vurğulanıb. Sakinlərlə keçirilən belə görüşlər mövcud problemlərin həllinə öz töhfəsini verir.
Sakinlərin təklifləri nəzərə alınaraq, problemləri nəzarətə götürülüb.
