Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus mövcud peyvəndlərin təsirsiz olacağı yeni, daha təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq edib.
“Hazırda SARS-CoV-2 virusunun yeni, daha virulent ştammının yaranması üçün real təhlükə var və o, mövcud vaksinlərin təsirindən yayına biləcək”, - deyə təşkilat rəhbəri bildirib.
