Sizin reklam burada
Sizin reklam burada

Bakı metrosunda doqquz dəqiqə gecikmə: Sərnişin sıxlığı yarandı

Bakı metrosunda doqquz dəqiqə gecikmə: Sərnişin sıxlığı yarandı
Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.


Oxu.Az xəbər verir ki, gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, ehtimal ki, ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb:

“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ