Sizin reklam burada
Sizin reklam burada

Gəncədə 31 yaşlı kişi bıçaqlanıb

Gəncədə 31 yaşlı kişi bıçaqlanıb
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə şəhərdə yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü A.Əliyev mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ