Sizin reklam burada
Sizin reklam burada

Sumqayıt sakinini şantaj edən şəxslər ƏLƏ KEÇDİLƏR

Sumqayıt sakinini şantaj edən şəxslər ƏLƏ KEÇDİLƏR
Sumqayıt sakinini şantaj edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində iki nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri - K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ