Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın Ukraynadakı fəaliyyətini araşdırmaq üçün beynəlxalq tribunal yaradılır

Rusiyanın Ukraynadakı fəaliyyətini araşdırmaq üçün beynəlxalq tribunal yaradılır
Ukrayna Rusiya rəhbərliyini cəzalandırmaq üçün beynəlxalq tribunalın yaradılmasını dəstəkləyib.

Bu barədə xarici işlər naziri Dmitri Kuleba “Facebook” səhifəsində məlumat verib.

“Mən beynəlxalq elmi ictimaiyyətin Rusiyanın Ukraynaya müdaxiləsilə bağlı cinayət işinə baxmaq üçün xüsusi tribunal yaratmaq təşəbbüsünü dəstəklədim”, - o, qeyd edib.

Kuleba əlavə edib ki, tribunalın yaradılmasında dövlətlərin koalisiyası iştirak edəcək.

Həmçinin, XİNİ rəhbəri bildirib ki, hazırda Ukrayna qarşı tərəfin cinayətləri ilə bağlı bütün sübutları toplayır və tərəfdaşlarına bu işə dəstək verməyə hazır olduqlarına görə minnətdardır.

Mənbə: unian.net

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ