Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda general təqaüdə göndərildi

Azərbaycanda general təqaüdə göndərildi
Hərbi prokurorun müavini, Ədliyyə general-mayoru Rasim Kazımov vəzifəsindən azad edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə, tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ