Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.
Oxu.Az xəbər verir ki, Ümumdünya Çimərlik Futbolu (BSWW) Rusiyanı Ukraynaya qarşı təcazüvə görə bütün yarışlardan kənarlaşdırıb.
Bunun FIFA və Beynəlxalq Olimpiya Komitəsinin Rusiya barədə verdiyi qərara dəstək olaraq edildiyi vurğulanıb. BSWW 2022-ci il mövsümü üçün təqvimi yenidən quracağını açıqlayıb.
Qeyd edək ki, Rusiya millisi çimərlik futbolunda dünyanın ən güclülərindən hesab olunur.
