ABŞ hakimiyyəti Ukraynadakı hadisələr fonunda Almaniyaya 7 minə yaxın amerikalı hərbçi göndərmək niyyətindədir.
Bu barədə cümə axşamı “Reuters” agentliyi Pentaqonun sözçüsünə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yaxın günlərdə bu qüvvələrin göndərilməsi planlaşdırılır.
Artıq bu qüvvələrin yüksək hazırlıq vəziyyətinə gətirildiyi bildirilib.
Mənbə: TASS
