Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu soydaşlarımıza çağırış etdi

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu soydaşlarımıza çağırış etdi
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğu soydaşlarımızı silahlı qüvvələrin cəmləşdiyi ərazilərə səfər etməməyə və hərbi obyektlərdən uzaq durmağa çağırır.

“Vətəndaşlarımıza evdə və ya təhlükəsiz yerlərdə qalmalarını, həmçinin zərurət olmadığı halda səfərlərdən çəkinmələrini tövsiyə edirik.


Xüsusi hallarda Azərbaycan vətəndaşları Azərbaycanın Kiyevdəki səfirliyi ilə +380 (73) 5050000 nömrəsi ilə əlaqə saxlaya və kiev@mission.mfa.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Həmçinin, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ilə +380 (57) 7000531 və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğu tərəfindən əlavə məlumat veriləcək.

Hazırda Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun bütün əməkdaşları öz iş yerlərindədirlər. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və eyni zamanda vətəndaşlarımızı Xarkovdan necə təxliyə edə biləcəyimizi müəyyənləşdirməyə çalışırıq”, - deyə konsulluqdan bildirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ