“Hazırda Baş Prokurorluğun İstintaq idarəsində qəsdən adam öldürmə maddəsi ilə 114 cinayət işi araşdırılır”.
Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
Onun sözlərinə görə, sözügedən cinayət işlərindən 95-i bağlı qalmış qəsdən adam öldürmə cinayətləridir, 8-i isə 2021-ci ildə tərəfimizdən açılıb.
