Dünya bazarında neft qiymətləri bahalaşıb.
WTI markalı neftin mart fyuçersləri 3,58 % bahalaşaraq bir bareli 93,10 ABŞ dolları olub.
“Brent” markalı neftin aprel fyuçersləri 3,31 % bahalaşaraq bir bareli 94,44 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, dünən “Brent” markalı neftin bir bareli səkkiz ildə ilk dəfə olaraq 95 ABŞ dollarını ötüb.
Mənbə: Bloomberg
